Ermənistanda müxalifət hərəkatının koordinatoru saxlanılıb

Ermənistanda müxalifət hərəkatının koordinatoru saxlanılıb

12:33
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanda "Ayakve" təşəbbüsünün koordinatoru, ictimai-siyasi xadim Avedik Çalabyan saxlanılıb. Bu barədə Oxuməni.az Ermənistan KİV-inin məlumatına istinadən xəbər verir.
Hərəkatın Feysbuk səhifəsində bildirilir ki, "Bu gün səhər saatlarında növbəti uydurma cinayət işi çərçivəsində "Ayakve" birliyinin koordinatoru, ictimai-siyasi xadim Avedik Çalabyan saxlanılıb". Digər təfərrüatlar hələlik açıqlanmır.
İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib ki, Çalabyan İК-də (İstintaq Komitəsi) aparılan istintaq çərçivəsində saxlanılıb.
"İstintaq Komitəsində aparılan cinayət işi çərçivəsində A.Ç. saxlanılıb. Daha sonra rəsmi açıqlama verəcəyik", - deyə İК-dən bildirilib.
Aprelin sonlarında "Ayakve" təşəbbüsü "Güclü Ermənistan" blokuna qoşulub. Əməkdaşlıq memorandumu blokun nümayəndəsi Narek Karapetyan və Avedik Çalabyan tərəfindən Samvel Karapetyanın iştirakı ilə imzalanıb. Tərəflər seçkilər yolu ilə mövcud hakimiyyəti devirmək, həmçinin yeni milli hakimiyyət qurmaq üçün səyləri birləşdirməyi öhdəsinə götürüblər.
Almaz Həsənli