Nigeriyada yeniyetmələr müəlliməni diri-diri yandırıb
Nigeriyada yeniyetmələrdən ibarət bir dəstə küçədə qadına hücum edərək onu yandırıb. Oxuməni.az “Daily Trust”-a istinadən xəbər verir ki, qurbanı xilas etmək mümkün olmayıb.
Hadisə Maraban-Jos rayonunda baş verib. İki uşaq anası olan yerli müəllimə mühazirəyə gedərkən bir dəstə yeniyetmə onu izləyib. Yeniyetmələr onu uşaqlarını qaçırmaqda ittiham ediblər və döyüblər. Polis əməkdaşları qurbanı polis bölməsinə aparıblar.
Bir müddət sonra qəzəblənmiş dəstə polis bölməsinə basqın edərək qadını küçəyə sürüyüb diri-diri yandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silahlarından istifadə etməyə məcbur olublar və iğtişaş törədənlərdən biri yaralanıb. Polis hadisəni qanunun aliliyinə hücum adlandırıb. Bir neçə şübhəli həbs edilib, digərlərinin axtarışı isə davam edir.
Almaz Həsənli


















































































