Ukrayna Voronej Yarımkeçirici Cihazlar Zavoduna AGM-188A Rusty Dagger raketləri ilə zərbələr endirib

Ukrayna Voronej Yarımkeçirici Cihazlar Zavoduna AGM-188A Rusty Dagger raketləri ilə zərbələr endirib

14:11
Bəyəndim (1) Bəyənmədim (0)

AGM-188A Rusty Dagger, Britaniya Storm Shadow-dan on dəfə ucuzdur, 460 km-dən çox mənzilə malikdir və istiqamətləndirmə sistemləri və elektron əks tədbirlərə qarşı mühafizə ilə təchiz olunub.

Ukrayna Voronej Yarımkeçirici Cihazlar Zavoduna edilən hücum zamanı Amerika AGM-188A Rusty Dagger raketlərindən istifadə etmiş ola bilər. Forbes bu barədə çərşənbə günü Rusiya və Ukrayna mənbələrinə istinadən məlumat verib.

Hazırda bu raketlərin istifadəsinə dair rəsmi təsdiq yoxdur. AGM-188A, F-16 təyyarələri üçün əlverişli, uzun mənzilli, dəqiq idarə olunan silahlar yaratmağı hədəfləyən Genişləndirilmiş Raket Hücum Sursatı (ERAM) proqramının bir hissəsi olaraq hazırlanmışdır. Raket Zone 5 Technologies tərəfindən istehsal olunur və o 460 km məsafədəki hədəfi dəqiqliklə məhv edə bilir. Raket elektron maneələrə qarşı qorunma ilə təchiz olunub.

Forbes-in məlumatına görə, Ukrayna bu raketlərin alınması üçün ABŞ şirkəti ilə 825 milyon dollar anlaşma imzalayıb. Anlaçmaya əsasən ABŞ şirkəti Ukrayna 3550 ədəd raket təqdim edəcək.üçün müqavilə imzalayıb. Raketin bir ədədinin qiyməti 246.000 dollardır ki, bu da Britaniyanın Storm Shadow raketindən təxminən on dəfə ucuzdur.

22 iyunda Ukrayna ordusu Rusiyanın Voronej şəhərindəki müdafiə zavoduna raket zərbəsi endirib. Baş Qərargah zavodu məhv etmək üçün dəqiq idarə olunan hava ilə buraxılan qanadlı raketlərdən istifadə edildiyini təsdiqləyib.

Xatırladaq ki, VZPP-S, inteqral sxemlər və güc modulları da daxil olmaqla, Rusiyanın əsas yarımkeçirici istehsalçılarından biri hesab olunur. Zavod X-101 qanadlı raketləri, İsgəndər-K və Kalibr sistemləri, eləcə də S-400 hava hücumundan müdafiə sistemləri və Pantsir zenit sistemləri kimi hərbi texnika üçün elektron komponentlər tədarük edir.

Əziz Mustafa