Ukraynaya məxsus PUA-nın  Krasnodar diyarına hücumundan sonra neft anbarı yanğına məruz qalıb

Ukraynaya məxsus PUA-nın Krasnodar diyarına hücumundan sonra neft anbarı yanğına məruz qalıb

12:18
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarına daha bir hücum edib. Krasnoarmeyski rayonunun rəhbəri Aleksandr Xaritonovun sözlərinə görə, düşmən dronunun düşməsi nəticəsində Poltava neft anbarında yanğın baş verib. Onun sözlərinə görə, bütün təcili yardım xidmətləri hadisə yerində işləyir. Bununla belə hadisə yerində tələfat və ya digər ziyan barədə məlumat verilməyib.

Bundan əlavə, Xaritonov sakinləri və bölgəyə gələn qonaqları Poltavskaya kəndindən Trudobelikovski kəndinə gedən yolun müvəqqəti olaraq bağlandığı barədə xəbərdar edib.

Daha əvvəl, 24 iyun gecəsi Ukrayna Silahlı Qüvvələri Sevastopola hücum edərək şəhər yaxınlığında 70 Rusiya dronunu məhv edib.

Əziz Mustafa