Ufa şəhərindəki neft emalı zavoduna dron hücumu nəticəsində partlayışlar baş verib
Başqırdıstanın Ufa şəhərində yerləşən üç neft emalı zavodundan ikisinə dron hücumu edilib. Hadisə yerində yanğın qeydə alınıb. Bu barədə Oxuməni.az Exilenova+-ya istinadən xəbər verib. Məlumata görə, Başqırdıstanın Ufa şəhərindəki neft emalı zavodunun yaxınlığında bir sıra partlayışlar və yanğın baş verib.
İlkin məlumata görə, Ufada ilk partlayışlar Bakı vaxtı ilə səhər saat 10:30 radələrində baş verib. Yerli sakinlər neft emalı zavodunun pilotsuz təyyarə hücumunun hədəfi olduğunu deyirlər. Qeyd olunur ki, Ufada yerləşən üç neft emalı zavodundan ikisi dron hücumuna məruz qalıb.
Xatırladaq ki, iyun ayında iki dəfə dron hücumlarına məruz qalan "Qazprom Neft" şirkətinin Moskva Neft Emalı Zavodu yaxın zamanda fəaliyyətini bərpa edə bilməyəcək.
Həmçinin, Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin iyunun 20-də Rusiyanın Tümen Neft Emalı Zavoduna (Antipinski) zərbə endirib.
Əziz MUSTAFA


















































































