Çin Hidrogen tırı: 15 dəqiqə doldurma - 600 km məsafə
Çinin Dongfeng şirkəti tək çənlə 1700 km-ə qədər məsafə qət edə bilən yeni hidrogenlə işləyən yük maşınlarını təqdim etdi. 49 tonluq hidrogenlə işləyən yük maşınının yüksüz çəkisi cəmi 8,8 tondur. Bu, yol yükünü azaldır, manevr qabiliyyətini artırır və enerji səmərəliliyini artırır ki, bu da kommersiya uzun məsafəli daşıyıcılar üçün vacibdir. Oxuməni.az xəbər verir ki, bu barədə "Jenmin Jibao" saytı məlumat yayıb.
Dongfeng şirkəti ağır yük maşınları üçün yeni nəsil hidrogen yanacaq elementləri hazırlayıb.
Sistemin qəlbi, cəmi 2 mikron qalınlığında olan və 400 kVt güc verən membran-elektrod blokudur. Hidrogenlə doldurma 10-15 dəqiqə çəkir, 49 tonluq avtomobilin yürüş məsafəsi isə 500-600 km-dir. Müqayisə üçün: elektrik yük maşınına 150 km üçün 1,5 saat doldurma lazımdır.
Sınaq nəticələrinə görə, yanacaq elementləri yığını cəmi 3,29% degradasiya ilə 10 000 saat işləməyə davam gətirib. Proqnozlaşdırılan 30 000 saatlıq resurs (təxminən 1,6 milyon km) 10%-dən az tutum azalması deməkdir - litium-ion batareyalarından iki dəfə az. Texnologiya -40 °C temperaturda və pis yollarda işləkliyini qoruyur.
Hazırda 49 tonluq hidrogen traktorları artıq Uhan – Çendu logistika marşrutunda hərəkət edir. Bir avtomobilin maksimal yürüşü 60 000 km-dən çox olub. Növbəti məqsəd yürüş məsafəsini 1000 km-ə çatdırmaq və tam kommersiya istifadəsinə keçməkdir.
Almaz Həsənli


















































































