Georgi Tixiy: Kremlin qaçılmaz qələbə iddiaları cəbhədəki real vəziyyətlə ziddiyyət təşkil edir

Georgi Tixiy: Kremlin qaçılmaz qələbə iddiaları cəbhədəki real vəziyyətlə ziddiyyət təşkil edir

11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Dörd illik tammiqyaslı işğalda Rusiya heç bir məqsədə çata bilməyib və 1,3 milyon əsgər itirib, irəliləməsi isə tamamilə dayanıb.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Kremlin qaçılmaz qələbə iddiaları cəbhədəki real vəziyyətlə ziddiyyət təşkil edir. Moskva təcavüzkar müharibəsinə tez bir zamanda uğur gözləyərək başlayıb, lakin beşinci hərbi əməliyyat ilində böyük itkilər verib.

"Tez qalib gəlməyə çalışaraq təcavüzkar müharibəyə başladınız; dörd ildən çoxdur ki, 1,3 milyon əsgər itirərək bir məqsədə də çatmadınız", - deyə Tixiy vurğuladı.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü əlavə etdi ki, işğalçıların hazırkı irəliləyiş cəhdlərinin qarşısı Ukrayna müdafiəçiləri tərəfindən tamamilə alınıb.

Xarici İşlər Nazirliyinin sözçüsü yekun olaraq: "Sizin yavaş irəliləyişiniz dayandı - müharibə sizin ərazinizə sıçrayıb", - deyə bildirib.

Əziz MUSTAFA