Cənubi Koreya milli komandasının baş məşqçisi Honq Myunq-Bo vəzifəsindən istefa verib
Cənubi Koreya milli komandasının baş məşqçisi Honq Myunq-Bo komandanın futbol üzrə 2026-cı il Dünya Çempıonatından kənarlaşdırılmasından sonra vəzifəsindən istefa verib. Bu barədə Yonhap Xəbər Agentliyi məlumat verib.
"Koreya futbolunu sevən və milli komandanı dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm. Azarkeşlərimizin gözlədiyi nəticəni əldə edə bilmədik və bütün məsuliyyət baş məşqçi kimi tamamilə mənim üzərimdədir", - Bo deyib.
Cənubi Koreya 2026-cı il Dünya Çempıonatından A qrupunda üç oyundan üç xal qazanaraq üçüncü yeri tutub. İlk turda koreyalılar çexləri 2-1 hesabı ilə məğlub ediblər, sonra Meksika və Cənubi Afrikaya eyni hesabla 0-1 hesabı ilə məğlub olublar.
Daha əvvəl, İsveçə 5-1 hesabı ilə məğlub olduqdan sonra Tunis milli komandasının baş məşqçisi işdən çıxarılıb. Fransalı məşqçi Sabri Lamouçi komandaya 2026-cı ilin yanvar ayından rəhbərlik edirdi.
Əziz Mustafa



















.jpg)
































































