Avstraliyada rusiyalı İqor və Kira Korolevə qarşı casusluq ittihamı ləğv edilib
Avstraliya Prokurorluğu rusiyalı İqor və Kira Korolevə qarşı casusluq cəhdi ittihamını ləğv edərək, onu casusluq etmək üçün sui-qəsd ittihamı ilə əvəz edib. Bu barədə məlumat verən "Cairns Post" qəzeti işin 3 avqustda davam edəcəyini bildirib.
Nəşr qeyd edir ki, Avstraliya Prokurorluğu yeni ittihamı bazar ertəsi günü cütlüyün video bağlantı vasitəsilə qatıldığı Brisben Magistrat Məhkəməsində keçirilən dinləmə zamanı təqdim edib. Dinləmə zamanı müdafiə tərəfinə işin və ittihamların yenilənmiş xülasəsi ilə yanaşı, "milyonlarla səhifəlik" cinayət işi materialları təqdim edildiyi də açıqlanıb. Prokurorluq həmçinin cütlüyə qarşı əvvəllər dəlil təqdim etmədən casusluq etməyə hazırlaşmaqda ittiham irəli sürməkdən imtina edib, bundan sonra məhkəmə ittihamları rədd edib.
İş 3 avqusta qədər təxirə salınıb. Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs hazırda həbsdədir.
Xatırladaq ki, 12 iyul 2024-cü ildə Avstraliya polisi Korolevlərin Rusiyaya casusluq etmək cəhdi şübhəsi ilə həbs olunduğunu bildirib. Cütlük Rusiya vətəndaşıdır, lakin eyni zamanda Avstraliya pasportlarına da malikdir.
Əziz MUSTAFA
























.jpg)



























































