Fransa Avropadakı ölümcül isti dalğasına görə ABŞ-ı günahlandırır

Fransa Avropadakı ölümcül isti dalğasına görə ABŞ-ı günahlandırır

16:28
Bəyəndim (0) Bəyənmədim (0)


Fransa hesab edir ki, ABŞ Avropa ölkələrini bürüyən rekord həddə çatan isti dalğasına görə qismən məsuliyyət daşıyır. Bu barədə Oxuməni.az The Telegraph-a istinadən məlumat yayıb.

Bu açıqlama bir çox fransız evində kondisionerin olmaması ilə bağlı amerikalıların istehza dalğasından sonra verilib.
Paris merinin beynəlxalq əlaqələr üzrə müavini Odri Pulvar amerikalı turistlərin, əcnəbilərin və sosial media istifadəçilərinin fransızları kondisionerin olmamasına görə lağa qoyduqları paylaşımlara cavab verib.
Rəsmi şəxs vurğulayıb ki, ABŞ istixana qazlarının ən böyük emissiyaçılarından biri olaraq qaldığı üçün bu cür tənqid yersizdir.

"Dünyada ikinci ən böyük istixana qazı emissiyası olan ölkə olaraq, qlobal istiləşmə və Fransada yaşadığımız fəsadlar üçün əhəmiyyətli məsuliyyət daşıyırsınız", - deyə Pulvar vurğuladı.

O, həmçinin qeyd etdi ki, Amerika şəhərlərinin təxminən 90%-i ətraf mühitə təsir edən kondisionerlərdən geniş istifadə edir.
"The Telegraph" qəzetinin məlumatına görə, Fransa ev təsərrüfatlarının yalnız dörddə birində kondisioner var. Uzun illərdir ki, ölkə ətraf mühitlə bağlı narahatlıqlar səbəbindən onlardan ehtiyat edirdi.

Lakin son günlərin rekord istiliyi vəziyyəti dəyişdirib. Portativ kondisionerlər bir çox mağazada tez bir zamanda satılıb qurtardı və alıcılar yeni təchizat gələn kimi onları almaq üçün növbəyə durdular.

Əziz MUSTAFA