İran və Oman Hörmüz boğazı üzrə birgə komitənin ilk iclasını keçiriblər
Hörmüz boğazı üzrə İran-Oman birgə dialoq komitəsinin ilk iclası Maskatda keçirilib. Oxuməni.az xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə X sosial şəbəkəsində məlumat verib.
Tərəflər boğazla bağlı cari məsələləri müzakirə ediblər.
Qəribabadi bildirib ki, "İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsi və sahilyanı dövlətlərin suveren hüquqları çərçivəsində boğazın gələcək idarə olunması ilə bağlı fikir mübadiləsi apardıq".
Daha əvvəl mediada İran və ABŞ-ın zərbələri dayandırmaq və Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək niyyətində olduqları barədə məlumat yayılmışdı. Görüşün iyunun 30-da Dohada keçirilməsi gözlənilir.
Almaz Həsənli
Digər xəbərlər


























.jpg)

























































