Paşinyan:  İsrailin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımaq qərarına cavab verməyəcəyik

Paşinyan: İsrailin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımaq qərarına cavab verməyəcəyik

08:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımaq qərarına cavab verməyəcəyini bildirib. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Armenpress-in yaydığı məlumatda deyilir.

Paşinyan rəhbərlik etdiyi Mülki Müqavilə partiyasının iclasından sonra İsrail hökumətinin qərarı ilə bağlı jurnalistin sualına cavabında qeyd edib ki, bu məsələ ətrafında hay-küy qaldırmaq niyyətində deyil.

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları ilə bağlı qərarını şərh edərkən bildirib: "Cavab verməyə ehtiyac görmürük. Çünki inanırıq ki, bu məsələdən sui-istifadə kimi istifadə etməmək Ermənistanın maraqlarına uyğundur."

Xatırladaq ki, iyunun 28-də İsrail hökuməti yekdilliklə 1915-ci il hadisələri ilə bağlı Ermənistanın iddialarını "soyqırım" kimi tanımaq qərarına gəlib.

Əziz Mustafa