Keyko Fuximori Peruda prezident seçkilərində qalib gəldi

Keyko Fuximori Peruda prezident seçkilərində qalib gəldi

10:48
Bəyəndim (1) Bəyənmədim (0)

Perunun keçmiş prezidenti Alberto Fuximorinin qızı Keyko Fuximori prezident seçkilərində qalib gəlib. İyunun 7-də keçirilən ikinci turda o, solçu "Peru üçün Birlikdə" partiyasının rəhbəri Roberto Sançesi 18 milyondan çox bülletendən 50 000-dən az səslə qabaqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Perunun Milli Seçki Jürisi qalibi rəsmi olaraq iyulun 3-də elan edəcək. Qəzetin qeyd etdiyi kimi, 51 yaşlı Fuximori dördüncü cəhddə ölkə prezidenti vəzifəsini tutub. O, iyulun 28-də beş illik müddətə vəzifəsinin icrasına başlamalıdır.

Sançes isə Fuximorinin rəhbərlik etdiyi hökuməti tanımayacağını bəyan edib. O, xaricdə səslərin sayılması zamanı inzibati pozuntulara istinad edib.

Perunun yeni liderinin atası və ölkənin keçmiş prezidenti 2024-cü ilin sentyabrında 86 yaşında xərçəngdən vəfat edib. Fuximori 1990-2000-ci illərdə prezident olub. 2007-ci ildə o, səlahiyyətdən sui-istifadə və insan hüquqlarını pozduğuna görə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, korrupsiya ittihamı ilə üç dəfə məhkum olunub. Xüsusilə, 2009-cu ilin iyulunda məhkəmə onu 15 milyon dollar rüşvət almaqda təqsirli bilib. O, 2023-cü ilin dekabrına qədər həbsdə olub və Perunun Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Almaz Həsənli