WhatsApp-da nikneymlər və nömrəni gizlətmək imkanı peyda olacaq
WhatsApp tərtibatçıları istifadəçilərə telefon nömrələrini gizlətməyə və Telegram-dakı kimi nikneymlərdən istifadə etməyə imkan verəcək istifadəçi adları sistemini rəsmi olaraq elan ediblər. Oxuməni.az şirkətin bloqundakı məlumata istinadla xəbər verir ki, yenilik daha sonra işə düşəcək, lakin artıq nikneymlərin ilkin bron edilməsi imkanı yaranıb.
İstifadəçi adını proqramın son versiyasında rezerv etmək olar. Bunun üçün "Ayarlar" - "Hesab" - "İstifadəçi adı" bölməsinə keçmək lazımdır, burada öz niknizi yarada və ya avtomatik yaradılmış variantdan istifadə edə bilərsiniz.
Funksiya aktivləşdirildikdən sonra yeni həmsöhbətlər hesab sahibinin telefon nömrəsinə daxil olmadan istifadəçi adı ilə əlaqə saxlaya biləcəklər. Beləliklə, WhatsApp nömrənizi gizlətməyə və məxfi məlumatları qorumağa imkan verəcək.
Həmçinin, messencer əlaqə üçün xüsusi "açar" istifadə etməyi təklif edəcək. İlk mərhələdə bu, dörd rəqəmli kod olacaq ki, istifadəçi ona mesaj göndərə biləcək şəxslərin dairəsini məhdudlaşdırmaq istəyərsə, istifadəçi adı ilə birlikdə bildirmək lazım gələcək.
Funksiyanın tətbiqi yaxın aylarda müxtəlif ölkələrdə mərhələli şəkildə həyata keçiriləcək. İstifadəçilər istifadəçi adlarının peyda olması barədə birbaşa proqramda bildiriş alacaqlar.
Almaz Həsənli













































.jpg)






































