Trampa 321 brilyantla bəzədilmiş unikal üzük hədiyyə etdilər

Trampa 321 brilyantla bəzədilmiş unikal üzük hədiyyə etdilər

12:40
Bəyəndim (1) Bəyənmədim (0)

Belçikanın Antverpen şəhərinin almaz sənayesi, ölkənin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ABŞ prezidenti Donald Trampa eksklüziv hədiyyə təqdim edib – 18 karat qızıldan hazırlanmış, 321 təbii brilyant və 75 digər daşla bəzədilmiş qızıl üzük.

Oxuməni.az xəbər verir ki, bu barədə “Antwerp World Diamond Centre” (AWDC) təşkilatının rəsmi saytında məlumat verilir.

Mətbuatda bildirilir ki, üzüyü Antverpenin zərgəri və almaz ustası David Qotlib hazırlayıb. Bəzək əşyasının dizaynı Superkubokun çempionluq üzüklərindən ilhamlanıb və yubileyə istinadlar ehtiva edir.

Hədiyyə Brüsseldəki Əsrlik Parkda keçirilən mərasim zamanı ABŞ-ın Belçikadakı səfiri Bill Vaytə təqdim edilib. “Antwerp World Diamond Centre” vurğulayıb ki, bu yolla onlar Antverpen və Amerika bazarı arasındakı uzun illərdir mövcud olan ticarət əlaqələrini xatırlatmaq, eyni zamanda sintetik analoqların populyarlığının artması fonunda təbii brilyantların üstünlüklərinə diqqət çəkmək istəyiblər.

Almaz Həsənli