Bu il 40-dan çox Azərbaycan vətəndaşı və bir neçə min Türkiyə vətəndaşı Ermənistana səfər edib

Bu il 40-dan çox Azərbaycan vətəndaşı və bir neçə min Türkiyə vətəndaşı Ermənistana səfər edib

16:00
Bəyəndim (1) Bəyənmədim (0)

İlin əvvəlindən bəri 40-dan çox Azərbaycan vətəndaşı Ermənistana səfər edib. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti NEWS.am saytının sorğusuna cavab olaraq məlumat verib.

"1 yanvar 2026-cı ildən 17 iyun tarixinə qədər 44 Azərbaycan Respublikası vətəndaşı və 8179 Türkiyə vətəndaşı Ermənistana səfər edib", - deyə Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.

Eyni zamanda, Ermənistana səfər edənlərin neçəsinin azərbaycanlı və türk milliyətinə mənsub olduqlarına dair suala agentlik cavab olaraq bildirib ki, sərhədi keçənlərin milliyəti barədə məlumat yoxdur.

Almaz Həsənli