Ukrayna İsveçdən 16 ədəd Gripen E təyyarəsi alacaq
Ukrayna və İsveç 16 ədəd Gripen E qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıblar. Təyyarə ilə yanaşı, Kiyev də avadanlıq, texniki xidmət və dəstək paketi alacaq.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Telegram kanalında bəyan edib.
Zelenski deyib ki, Ukrayna ilk 16 ədəd Gripen C/D təyyarələrini 2027-ci ilin əvvəlində alacaq.
"Bundan əlavə, Baş nazir Ulf Kristerssonla ilkin razılaşmaların bir hissəsi olaraq, ilk 16 ədəd Gripen C/D təyyarələri 2027-ci ilin əvvəlində Hərbi Hava Qüvvələrimizə təhvil veriləcək", - deyə prezident yazıb.
Ukrayna lideri həmçinin İsveçin müdafiə naziri Pol Consonla müdafiə sahəsində əməkdaşlığı, o cümlədən Dron Sazişi proqramını və raket əleyhinə sistemlər üzərində birgə işi müzakirə edib.
Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun sözlərinə görə, təyyarələr Avropa Kreditinin vəsaitləri və Böyük Britaniyanın dəstəyi ilə alınacaq. Bu təyyarələrin tədarükü 2029-cu ilin əvvəlində başlayacaq.
Fedorov qeyd edib ki, Gripen Meteor raketlərini daşıya bilir və buna görə də Ukraynanın texnoloji üstünlüyündə əsas amil ola bilər. Bu, ilk növbədə təhdidlərin daha erkən aşkarlanmasına, düşmən təyyarələrinə daha effektiv müqavimət göstərməyə və hava hədəflərinin uzaq məsafədən vurulmasına imkan verəcək.
Əziz Mustafa

























































.jpg)


























