2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan NATO sammiti baş tutmaya bilər
NATO sammiti gələn həftə Türkiyədə keçiriləcək və blok liderləri buna fəal şəkildə hazırlaşırlar. Lakin ABŞ ölkənin müdafiə xərclərindən narazı qaldığı üçün 2027-ci ildə Albaniyada sammit keçirmək planları şübhə altına alınıb. Bu barədə Reuters məlumat yayıb.
Mənbələrə görə, gələn həftə Ankarada keçiriləcək NATO sammitinin layihə bəyannaməsində, sammitin orada keçiriləcəyi barədə əvvəlcədən elan edilməsinə baxmayaraq, növbəti görüşün Albaniyada keçirilməsi barədə heç bir qeyd yoxdur. Avropalı bir diplomat mətnin son versiyasında liderlərin növbəti görüşü səbirsizliklə gözlədiklərini, lakin layihə sənədində vaxt və yerin göstərilmədiyini aydınlaşdırdı.
Bu addım, NATO-nun Avropa üzvlərinin Ankarada ABŞ prezidenti Donald Trampa müdafiə xərcləri öhdəliklərində irəliləyiş əldə etdiklərini və Amerika lideri ilə açıq toqquşmalardan qaçmaq niyyətində olduqlarını nümayiş etdirməyə çalışdıqları bir vaxtda atıldı.
Albaniya sammiti ilə bağlı qeyri-müəyyənlik, Reuters-in aprel ayında NATO-nun hər il sammitlər keçirmək təcrübəsinə son qoymağı düşündüyünü bildirməsindən sonra da yarandı. Bu, öz növbəsində, Trampın prezidentlik müddətinin sonunda potensial gərgin görüşün qarşısını ala bilər.
Mənbənin sözlərinə Albaniyanın müdafiə xərcləri azdır və belə bir vəziyyətdə orada NATO sammitinin keçirilməsi Tramp tərəfindən narazılıqla qarşılana bilər.
Əziz MUSTAFA








































































.jpg)










