Alimlərə yadplanetlilərlə "özbaşına" əlaqə saxlamaq qadağan edildi

Alimlərə yadplanetlilərlə "özbaşına" əlaqə saxlamaq qadağan edildi

12:55
Bəyəndim (1) Bəyənmədim (0)

Beynəlxalq Astronavtika Akademiyası (IAA) 2010-cu ildən bəri ilk dəfə olaraq, alimlərin yadplanetlilərdən gələn mümkün siqnalı aşkar etdikdə görəcəyi tədbirləri tənzimləyən protokolları yeniləyib. Oxuməni.az xəbər verir ki, sənəd təşkilatın rəsmi saytında dərc olunub.

Yenilənmiş tövsiyələrə əsasən, tədqiqatçılar fərz edilən yadplanetli sivilizasiyalara müstəqil olaraq cavab mesajları və ya digər siqnallar göndərməməlidirlər. Əgər aşkar edilmiş siqnal təsdiqlənərsə, gələcək hərəkətlər Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı ilə beynəlxalq səviyyədə müzakirə olunmalıdır.

Protokol həmçinin nəzərdə tutur ki, yadplanetli mənşəli potensial siqnal aşkar edildiyi təqdirdə, alimlər hər hansı bir əlavə addım atmadan əvvəl rəsmi hesabat hazırlamalı və bir sıra beynəlxalq təşkilatları məlumatlandırmalıdırlar.

Yenilənmiş tövsiyələr yadplanetli zəka axtarışı proqramlarına (SETI) aiddir və yadplanetli sivilizasiya ilə mümkün ilk təmas halında beynəlxalq fəaliyyət koordinasiyasını təmin etmək məqsədi daşıyır.

Almaz Həsənli