Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
O qeyd edib ki, prezidentlər Rusiya-Ukrayna münaqişəsinin həllini, o cümlədən "Donald Trampın 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirakını" müzakirə ediblər.
Vladimir Putinin köməkçisi əlavə edib: "Prezidentimiz döyüş meydanındakı real vəziyyəti təsvir edib, burada Rusiya Silahlı Qüvvələri inamla irəliləyir, bir-birinin ardınca yaşayış məntəqələrini azad edir".
Cənab Uşakovun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Yuri Uşakovun sözlərinə görə, "Onun xüsusi nümayəndələri Stiv Vitkov və Cared Kuşner vasitəçilik səylərini davam etdirəcəklər və əlverişli vaxtda Moskvaya gəlməyə hazırdırlar".
Söhbət ABŞ-ın təşəbbüsü ilə baş tutub - "bu, çox şey deyir", cənab Uşak bildirib. O əlavə edib ki, prezidentlər əlaqə saxlamağa və tezliklə yenidən zəng etməyə razılaşıblar.
Əziz MUSTAFA













































.jpg)
.jpg)

.jpg)


































