Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində böyük dağıntılar və ölənlər var
Rus işğalçılarının Kiyevə zərbələri nəticəsində paytaxtda ölənlərin sayı beşə çatıb. Dövlət Təcili Yardım Xidmətinin xilasediciləri dağıntılar altında sakinləri axtarmağa davam edirlər.
Bu barədə Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Kiyev meri Vitali Kliçko və Kiyev Daxili İşlər Nazirliyinin rəhbəri Timur Tkaçenkonun açıqlamalarında deyilir.
Kliçkonun sözlərinə görə, xilasedicilər Podolski rayonunda qismən dağılmış binadan 15 nəfəri xilas ediblər. Yuxarı mərtəbələrdən üç qadın və altı uşaq xilas edilib.
Mer qeyd edib ki, binanın hər iki tərəfindəki mənzillər dağılıb. Qurbanların axtarışı davam edir.
Tkaçenkonun məlumatına görə, hazırda paytaxtda yeddi nəfər yaralanıb, lakin təəssüf ki, beş nəfər ölüb. Kliçkonun məlumatına görə, yaralılardan ikisi xəstəxanaya yerləşdirilib.
Qolosevski rayonundakı beşmərtəbəli binada da yanğın baş verib.
6 iyul gecəsi rus işğalçıları Kiyevə ballistik və qanadlı raketlərlə, eləcə də dronlarla hücum ediblər. Şəhərin iki rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.
Əziz MUSTAFA



















































.jpg)
.jpg)

.jpg)




























