Ukrayna Müdafiə Qüvvələri Moskvaya və Rusiya Federasiyasının digər bölgələrinə kütləvi zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri Moskvaya və Rusiya Federasiyasının digər bölgələrinə kütləvi zərbələr endirib

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Kiyevə hücumlarını dəf edən Ukrayna hərbi hava qüvvələri Moskvaya və Rusiya Federasiyasının digər bölgələrinə kütləvi zərbələr endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Açıqlamada qeyd edilir ki, Ukrayna Müdafiə Qüvvələri Moskvaya və Rusiya Federasiyasının digər bölgələrinə kütləvi zərbələr endirir, eyni zamanda Rusiya hücumlarını dəf edir.
Rusiya güc nümayişi məqsədi ilə Kiyevə ballistik raket zərbəsi endirib. Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiyanın hücumları Ukraynanın cavab zərbələrindən fərqli olaraq heç vaxt bölgəyə sülh gətirməyib. Onun sözlərinə görə, Kiyevə gecə ballistik hücumunda heç bir hərbi məntiq yoxdur; bu, sadəcə mülki şəxslərə qarşı həyata keçirilən cinayətdir.

Strateji İnkişaf Mərkəzinin rəhbəri vurğuladı ki, "Biz sadəcə olaraq insan qanına susayan yırtıcı vəhşilərlə müharibə aparırıq".

Kovalenko qeyd etdi ki, Rusiya Kiyevə zərbə endirərkən, Ukrayna Müdafiə Qüvvələri Moskvaya və Rusiya Federasiyasının digər bölgələrinə kütləvi zərbələr endirir.

Kovalenko qeyd etdi ki, əvvəllər dronlarda bərabərlik mümkünsüz görünürdü, amma indi Ukraynanın üstünlüyü var. Rusiyanın hücumları kədər və faciə gətirir.

"Rusiyanın birtərəfli zərbələri münaqişədə olan tərəflərə heç vaxt sülh gətirməyəcək",- Strateji İnkişaf Mərkəzinin rəhbəri bildirib.

Əziz MUSTAFA