Dron zərbələrindən sonra Kaluga bölgəsindəki sənaye zavodunda yanğın baş verib.
Dron hücumundan sonra Kaluga bölgəsindəki sənaye zavodunda yanğın baş verib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, Kaluqa qubernatoru Vladislav Şapşa bu barədə Telegram kanalında bildirib.
O, yanğının Dzerjinski rayonundakı zavodda baş verdiyini söyləyib. İşçilər tez bir zamanda təxliyə edilib və heç kim xəsarət almayıb. Fövqəladə Hallar Nazirliyinin təcili yardım qrupları və əməkdaşları hadisə yerində işləyir.
Qubernatorun sözlərinə görə, region üzərində ümumilikdə 16 dron məhv edilib. Onlar Borovski, Dzerjinski, Maloyaroslavetski və Mosalski bələdiyyə rayonları üzərində, eləcə də Obninsk şəhərinin kənarında vurulub. Bundan əlavə, Ukrayna dronları Leninqrad bölgəsinə hücum edib. Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, 36 dron vurulub.
Əziz MUSTAFA





































































.jpg)
.jpg)

.jpg)









