Məhkəmə İspaniya baş nazirinin həyat yoldaşının NATO sammitinə getməsinə icazə verməyib
Məhkəmə İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomezin ərinin müşayiəti olaraq Türkiyədə keçiriləcək NATO sammitinə getməsinə qarşı çıxıb. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə İspaniya məhkəməsinin qəbul etdiyi qərarda deyilir.
İyunun 20-də hakim Xuan Karlos Peinado baş nazirin həyat yoldaşına qarşı məhkəmə prosesinin başlanmasına qərar verib. O, qabaqlayıcı tədbir kimi onun pasportunun müsadirə edilməsi və ölkədən çıxışına qadağa qoyulması barədə göstəriş verib. Bununla əlaqədar olaraq, Qomez Peinadodan iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə, sonra isə qızının məzuniyyəti üçün Londona getməsinə icazə verməsini istəyib. Onun bu xahişi isə məhkəmə tərəfindən rədd edilib.
İspaniya baş nazirinin həyat yoldaşına qarşı istintaq 2024-cü ildə başlayıb. O, mənimsəmə, əlaqələrdən istifadə, mənimsəmə və biznesdə korrupsiyada şübhəli bilinir.
Prokurorluq işin bağlanmasını istəyib və məhkəmənin cinayət işinin açılmasına qərar verəcəyi təqdirdə şübhəlilərə bəraət hökmünün çıxarılmasını istəyəcəyi barədə xəbərdarlıq edib. Öz növbəsində, Qomezə qarşı iddia qaldıran ifrat sağçı Hazte Oír dərnəyi onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əziz Mustafa



















































































