Omsk Neft Emalı Zavoduna edilən zərbə Ukrayna üçün rekord qıran uzunmənzilli zərbə oldu
Ukrayna dronları üç min kilometrdən çox məsafə qət edərək Omsk Neft Emalı Zavoduna zərbə endiriblər Nəticədə zavodda güclü yan\ın başlayıb.
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.
"Müdafiə Qüvvələri Rusiyanı müharibə aparmaq üçün iqtisadi qabiliyyətindən məhrum etmək üçün işlərini davam etdirir. Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Uraldan kənarda yerləşən Rusiyanın ən böyük neft emalı zavoduna zərbə endiriblər", - nazirlik bildirib.
Ukrayna dronları bütün zavodu enerji ilə təmin edən sistemi vurub.
Müdafiə Nazirliyi əlavə edib ki, müharibənin nəticələrini onun davam etməsini dəstəkləyənlər də hiss edəcəklər.
Xatırladaq ki, 6 iyul gecəsi Ukrayna qüvvələri Rusiyanın Omsk Neft Emalı Zavoduna hücum edib. Zavodda partlayışlar və yanğın qeydə alınıb. İlkin məlumatlara görə, ELOU-AVT-11 ilkin neft distillə qurğusu zərbə alıb.
Omsk Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodudur və digər məhsullarla yanaşı, Rusiya ordusu üçün aviasiya yanacağı, dizel və benzin istehsal edir.
Əziz Mustafa



















































































