Kiyevdə ölənlərin sayı 19-a çatıb
Kiyevdə xilasedicilər Darnitski rayonundakı binanın dağıntıları altından daha bir cəsəd çıxarıblar. Bu barədə Dövlət Təcili Yardım Xidməti 7 iyul çərşənbə axşamı məlumat verib.
Beləliklə, Rusiyanın paytaxta zərbəsi nəticəsində ölənlərin sayı yenidən artıb.
"Kiyevdə 6 iyul gecəsi Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 19-a çatıb: Darnitski rayonunda xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar", - deyə açıqlamada qeyd olunub.
Xilasetmə işləri davam edir.
Xatırladaq ki, 6 iyul gecəsi Rusiya Ukraynaya 68 raket və 350-dən çox dronla hücum etdi. Hava hücumundan müdafiə bölmələri düşmən hədəflərinin əksəriyyətini vursa da, 29 ballistik raketdən heç birini ələ keçirə bilmədi.
Ən çox Kiyev zərər çəkdi. Paytaxt hakimiyyəti 7 iyulu matəm günü elan etdi.
Əziz Mustafa




















.jpg)



.jpg)
.jpg)

























































