İrəvanda "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb
Bazar ertəsi İrəvanda iş adamı və müxalifət, Rusiyayönlü "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan dələduzluq şübhəsi ilə saxlanılıb.
Oxuməni.az-ın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin məlumatlarına əsaslanaraq xəbər verilir.
İstintaq Komitəsi bir sıra cinayət işləri çərçivəsində Qaqik Tsarukyanın rəhbərliyi altında bir qrup şəxsin 2022-2024-cü illərdə külli miqdarda dələduzluq və pul yuyulması cinayətləri törətdiyi barədə məlumat əldə edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Tsarukyanın rəhbərlik etdiyi cinayət qrupunun üzvləri İranla Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı adı altında İran vətəndaşları ilə razılığa gəlib, birgə hüquqi şəxslər yaradıblar və logistik daşımaların təşkili sxemindən istifadə edərək ölkəyə 52 ədəd nəqliyyat vasitəsi, texnika, yanacaq və müxtəlif mallar gətiriblər.
İstintaq iddia edir ki, mallar ölkəyə gətirildikdən sonra gömrük bəyannamələri və digər rəsmi sənədlər saxtalaşdırılıb, ümumi dəyəri təxminən 8,13 milyard dram (21,07 milyon dollar) olan əmlak dələduzluq yolu ilə mənimsənilib.
Qrupun iştirakçıları idxal sənədlərini saxtalaşdırmaq, saxta sənədlər əsasında malların bir hissəsini satmaq və əldə olunan vəsaitləri qanuni gəlirlərlə qarışdırmaq yolu ilə əmlakı leqallaşdırıblar.
Bu iş üzrə Tsarukyanla yanaşı daha bir şübhəli şəxs də saxlanılıb.
Qeyd etmək lazımdır ki, siyasətçi Rusiyayönlü "Çiçəklənən Ermənistan" partiyasının lideridir. Bu partiya iyun ayında keçirilən seçkilərin nəticələrinə görə parlamentə düşməyib.
Almaz Həsənli















.jpg)



.jpg)
.jpg)






























































