Makron son 17 ildə Fransa Prezidentinin ilk səfəri ilə Suriyaya gəlib
Fransa Prezidenti Emmanuel Makron Dəməşqə rəsmi səfərə gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi SANA məlumat verib. Bu, Fransa liderinin Nikola Sarkozinin 2009-cu ildə Suriyaya səfər etməsindən bəri Suriyaya ilk səfəridir.
Səfər zamanı Fransa prezidenti Suriyanın faktiki lideri Əhməd əş-Şaraa ilə danışıqlar aparacaq.
Suriya liderinin ofisinin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə edəcəklər.
Reuters-in əvvəllər xəbər verdiyi kimi, Makronu Suriya ilə iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətində olan fransız iş adamları və investorlardan ibarət nümayəndə heyəti müşayiət edir.
Keçən il əş-Şaraa Makronun dəvəti ilə Parisə səfər etmişdi. Bu, onun Avropa Birliyinə ilk rəsmi səfəri idi. O zaman liderlər ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətlərini bəyan etmiş və Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləmişdilər.
Almaz Həsənli
















.jpg)



.jpg)
.jpg)





























































