Fransa Türkiyəyə ən yeni hava hücumundan müdafiə sistemi tədarükünə razılıq verdi

Fransa Türkiyəyə ən yeni hava hücumundan müdafiə sistemi tədarükünə razılıq verdi

12:30
Bəyəndim (1) Bəyənmədim (0)

Fransa, İtaliya ilə birlikdə hazırlanan SAMP/T hava hücumundan müdafiə sisteminin Türkiyəyə tədarükünə qarşı etirazlarını geri götürüb. Bu barədə Oxuməni.az “Reuters” agentliyinin beş mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir.

İllərdir rəsmi Paris tədarükə qarşı çıxırdı. Lakin İtaliyanın Baş naziri Corca Meloni, iyunun 25-də keçirilən danışıqlarda Prezident Emmanuel Makronu mövqeyini dəyişməyə razı sala bilib. Bu, Türkiyədə keçiriləcək NATO sammitindən bir gün əvvəl baş verib. Danışıqlar ilkin mərhələdədir.

Sistem eyni anda onlarla hədəfi müşayiət etmək və bir neçə hədəfi eyni vaxtda məhv etmək qabiliyyətinə malikdir. İddia olunur ki, bu, ballistik raketlərlə mübarizə aparmaq qabiliyyətinə malik yeganə Avropa hava hücumundan müdafiə sistemidir. Onun çatışmazlığı döyüş təcrübəsinin olmamasıdır.

Qeyd edək ki, KİV-də ABŞ Prezidenti Donald Trampın Türkiyəyə ən yeni F-35 döyüş təyyarələrinin tədarükünə razılıq verməsi barədə də məlumatlar yayılıb.

Almaz Həsənli