Sibiqa: Ukrayna artıq Rusiyaya zərbə endirmək üçün icazəyə ehtiyac duymur
Ukrayna Rusiyanın dərinliklərində zərbələr endirmək üçün yeni bir yanaşma ortaya qoyub. Bu zərbələr barədə qərarlar üçüncü tərəflərin icazəsi olmadan veriləcək.
Bu barədə Oxuməni.az Ukrayna Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna artıq Rusiyadakı qanuni hərbi hədəflərə qarşı uzunmənzilli zərbələr endirmək üçün üçüncü tərəflərin icazəsinə ehtiyac duymur.
Onun sözlərinə görə, Ukrayna öz silahlarından istifadə edərək asimmetrik əməliyyatları davam etdirəcək.
"Bu, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təmin edilən özünümüdafiə hüququmuzdur", - Sibiqa vurğulayıb.
Xatırladaq ki, 6 iyulda Ukrayna dronları Ural dağlarının kənarında yerləşən Rusiyanın ən böyük Omsk Neft Emalı Zavoduna zərbə endirib. Dronlar 3000 kilometrdən çox məsafəni qət edib və bu, tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya ərazisinə ən dərin zərbə olub.
Əziz Mustafa

.jpg)










.jpg)

.jpg)

.jpg)




.jpg)
.jpg)
.jpg)













.jpg)







.jpg)
.jpg)




































