Dron hücumları dalğasıTatarıstana da çatdı: Rusiyanın əsas neft emalı zavodu yanır

Dron hücumları dalğasıTatarıstana da çatdı: Rusiyanın əsas neft emalı zavodu yanır

12:00
Bəyəndim (1) Bəyənmədim (0)


Pilotsuz təyyarələrin hücumlarından sonra, TAIF-NK ASC və Tatneft neft emalı zavodunun (TANECO ASC) yerləşdiyi Nijnekamskda sənaye zonası yanır.

Bu gün səhər Rusiyanın Tatarıstandakı Nijnekamsk şəhərindəki Nijnekamskneftexim neft-kimya kompleksi və TANECO neft emalı zavoduna dronlar zərbə endiriblər. Partlayışlar baş verib, yanğınlar başlaylb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədəTelegram kanalında gedən məlumatda deyilir.

Eksilenavo+ Telegram kanalına görə isə Nijnekamskdakı TANECO neft emalı zavodundan əlavə qonşuluqda yerləşən digər obyektlər də alovlara bürünüb. Partlayışlardan sonra hadisə yerindən foto və videolar internetdə görünməyə başladı və bu, zavodun üzərindən qalın tüstü buludlarının qalxdığını göstərir. Tüstü o qədər böyükdür ki, hətta qonşu şəhərlərdən belə görünür.
Əziz MUSTAFA