Norveç Ukraynaya Patriot raketləri üçün 260 milyon avrodan çox vəsait ayırıb

Norveç Ukraynaya Patriot raketləri üçün 260 milyon avrodan çox vəsait ayırıb

16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 3 milyard NOK (təxminən 268 milyon avro) ayıracaq. Vəsait, xüsusən də Patriot sistemi üçün raketlərin alınmasına istifadə olunacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Norveç, Danimarka, Almaniya və Kanada ilə birlikdə, PURL proqramı çərçivəsində birbaşa ABŞ zavodundan yeni raketlər sifariş edəcək.

Raketlərin bəzilərinin çatdırılma müddəti uzun olduğundan, Norveç Ukraynaya tez çatdırılmaq üçün bu sistemləri artıq onlara sahib olan ölkələrdən almağı planlaşdırır.

"Ukraynanın müdafiəsi uğrunda mübarizəsi bizim müdafiəmiz uğrunda mübarizəmizdir. Ukrayna hər gün Rusiyanın hücumları ilə üzləşir. Rusiya insanları, Ukrayna şəhərlərini və enerji obyektlərini vurmağa davam edir. Ukrayna əksər dronları və qanadlı raketləri vurmaqda uğur qazanır, lakin ballistik raketlərə qarşı daha güclü müdafiəyə ehtiyac duyur", - Norveçin Baş naziri Yonas Qar Störe bildirib.

Norveç həmçinin Ukraynanın Avropa ilə birgə anti-ballistik raket sistemləri hazırlamaq təşəbbüsünə qoşulmaq üçün vəsait ayırır.

Əziz Mustafa