III Çarlz Britaniyada edam edilən sonuncu qadını ölümündən sonra əfv etdi
Böyük Britaniya Kralı III Çarlz 1955-ci ildə ölkədə edam edilən sonuncu qadın olan Rut Ellisi ölümündən sonra əfv etdi.Oxuməni.az xəbər verir ki, bu barədə məlumat Britaniya Ədliyyə Nazirliyinin saytında dərc edilib.
1955-ci ildə 28 yaşlı Rut Ellis əvvəllər onu vəhşicəsinə döymüş sevgilisi Devid Bleyklini güllələyərək öldürdü. On minlərlə insanın əfv ərizəsini imzalamasına baxmayaraq, o, asılmaqla edam cəzasına məhkum edildi. O, elə həmin il edam edildi. İşə yenidən baxılması qərarı Baş nazirin müavini Devid Lamminin tövsiyəsi ilə verildi.
"Əlahəzrət Kral Baş nazirin müavininin tövsiyəsi ilə Rut Ellisə şərti əfv verdi. Qərar işin müstəsna hallarını, o cümlədən məişət zorakılığı və məcburi davranış sübutlarını əks etdirir ki, bu da bu gün o vaxtkıdan fərqli şəkildə şərh edilə bilər", - deyə Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Nəticədə, ölüm hökmü ölümündən sonra ömürlük həbs cəzası ilə əvəz edilib. Ərizə Ellisin nəsilləri tərəfindən təqdim edilib. Onlar iddia ediblər ki, onun davranışı əsasən psixoloji travma və məhkəmənin nəzərə almadığı digər hallarla bağlıdır.
Sənəddə vurğulanır ki, "Müasir qanunvericiliyə əsasən, Rut Ellisin özünə nəzarətin itirilməsi və məsuliyyətin azalması ilə bağlı arqumentlər irəli sürməsi tamamilə mümkündür ki, bu da ittihamların ağırlığını azalda bilərdi".
Əziz Mustafa










.jpg)










.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)

.jpg)









.jpg)
.jpg)
.jpg)

















.jpg)







.jpg)
.jpg)
















