Ukraynada Patriot raketlərinin istehsalı mümkündür

Ukraynada Patriot raketlərinin istehsalı mümkündür

15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna müvafiq lisenziyanı aldıqdan sonra Patriot hava müdafiə sistemləri üçün raketlərin yerli istehsalını qura bilir. Lakin əsas çətinlik texnologiya deyil, tam istehsal dövrünün başlaması üçün tələb olunan vaxt olacaq.

Bu barədə Oxuməni.az Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey "Fləş" Beskrestnovun və Bloomberg-in dərc etdiyi məlumata istinadən məlumat verib.

Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey "Fləş" Beskrestnov əmindir ki, lisenziyanı aldıqdan sonra Ukrayna Patriot sistemləri üçün raketlərin istehsalını təşkil edə biləcək.

Onun sözlərinə görə, bütün istehsal prosesinin axın qrafikləri lisenziya ilə birlikdə təqdim olunur, mütəxəssislər təlim keçir, təchizatçı əlaqələri təmin edilir və istehsalın təşkilinə kömək etmək üçün məsləhətçilər göndərilir.

Lakin Beskrestnov layihənin vaxt cədvəlini əsas maneə kimi göstərib.

"Yeganə problem vaxtdır. Bu, bir il və ya daha çox çəkə bilər. Məsələn, subpodratçıların müxtəlif komponentlərin istehsalı üçün nə qədər vaxt lazım olacağını bilmədiyimiz üçün vaxt cədvəlini belə qiymətləndirmək mümkün deyil", - deyə ekspert vurğulayıb.

Bloomberg Economics-in müdafiə rəhbəri Becka Wasser hesab edir ki, Ukraynada Patriot raketlərinin istehsalına başlamaq xeyli vaxt aparacaq.

"Patriot raketinin hazırlanması illər çəkir, bu da o deməkdir ki, bu raketlərin Ukraynada istehsalına tezliklə başlanmayacaq", - Becca Wasser qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın dron və digər raketlərin istehsalını sürətlə artırmaqdakı uğuru, Patriot istehsalında da oxşar tempin qorunub saxlanılacağı anlamına gəlmir. Vasser qeyd edib ki, Amerika texnologiyaları ciddi nəzarət altındadır və mövcud istehsal zəncirləri artıq həddindən artıq yüklənib.

Bundan əlavə, yeni istehsal xəttinin yaradılması üçün ixtisaslaşdırılmış avadanlıq və kadr hazırlığı tələb olunacaq ki, bu da istehsalın başlama müddətini daha da artıracaq.

Əziz Mustafa