Ərdoğan NATO liderlərinə adlarına həkk olunmuş tapançalar hədiyyə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin sonunda Avropa liderlərinə üzərində adları həkk olunmuş tapançalar və döyüş sursatları hədiyyə edib. Silah, sursat və təmizləmə dəstləri vida hədiyyəsi olaraq, o cümlədən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə və Avropa Şurasının rəhbəri Antoniu Koştaya təqdim edilib. Oxuməni.az xəbər verir ki, bu barədə "Politico" Aİ-dəki mənbələrə istinadən məlumat yayıb. Həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer və Niderlandın hökumət başçısı Rob Yetten də silah alıblar.
Avropa Şurasının nümayəndəsi bildirib ki, cənab Koştanın təhlükəsizlik xidməti artıq tapançanı yoxlanılması üçün götürüb, bundan sonra onun bütün yerli hüquqi prosedurlara və saxlama qaydalarına riayət edilməklə Belçikaya çatdırılması planlaşdırılır. Xanım fon der Leyenin komandası isə silahla bağlı hələlik nə edəcəklərini açıqlamayıb.
Digər Avropa liderləri hədiyyələri daha sonra götürməyə qərar veriblər. Xüsusilə, Kir Starmer və Rob Yetten tapançalarını vətənlərinə aparmazdan əvvəl onların döyüş vəziyyətindən çıxarılması üçün Türkiyədə saxlayacaqlarını ictimaiyyətə bəyan ediblər.
Bununla belə, rəsmilərin sözlərinə görə, bahalı mərasim tapançaları, çox güman ki, Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limitləri aşır, buna görə də liderlərin onları şəxsi mülkiyyətlərində saxlamaları çətin görünür.
Almaz Həsənli


.jpg)









.jpg)










.jpg)
.jpg)
.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)










.jpg)
.jpg)
.jpg)

















.jpg)







.jpg)
.jpg)








