Tramp Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxaracağına söz verir
ABŞ Prezidenti Donald Tramp Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraya məktub göndərərək, ölkəni terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmaq niyyətində olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı axşam saatlarında "Reuters" agentliyi məlumat yayıb. Agentlik məktubun mətnindən sitat gətirərək yazır: "Suriyaya investisiya qoymağa və ölkənizi əvvəlkindən daha böyük və firavan etməyə hazır olan Amerika şirkətlərimiz var".
NATO sammitinin sonuncu günündə Ankarada Tramp və əş-Şəraa arasında şəxsi görüş keçirilib. Tramp Suriyaya qarşı sanksiyaların ləğvi haqqında fərmanı Ağ Evdəki ikinci görüşlərindən sonra imzalamış və elə həmin vaxt dövlət katibi Marko Rubioya ölkənin terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması məsələsinə baxmağı tapşırmışdı.
Terrorizmi dəstəkləyən dövlət statusu ABŞ-ın xarici yardımlarına, silah ixracına və müxtəlif maliyyə əməliyyatlarına məhdudiyyətlər qoyur. Səudiyyə Ərəbistanından bir neçə şirkət artıq Bəşər Əsədin hakimiyyətindən sonra Suriyanın bərpasına investisiya yatıracaqlarına söz verib. Ölkənin yeni hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, ABŞ administrasiyasının addımları iqtisadi bərpa üçün geniş imkanlar yaratmaqla yanaşı, Suriyanın dünya iqtisadiyyatına reinteqrasiyasına da yol açır.
Almaz Həsənli


.jpg)










.jpg)
.jpg)










.jpg)
.jpg)
.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)










.jpg)
.jpg)
.jpg)

















.jpg)















