İsrail kəşfiyyatı Trampa qarşı İran tərəfindən sui-qəsd planı barədə xəbərdarlıq edib
İsrail ABŞ-la İranın Prezident Donald Trampa qarşı yeni sui-qəsd planı haqqında kəşfiyyat məlumatı paylaşıb.
Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal-ın yaydığı məlumatda deyilir.
Məlumatlı mənbələrə görə, İsrail ABŞ-la yeni kəşfiyyat məlumatı paylaşıb və bu, İranın Prezident Trampa qarşı yeni sui-qəsd planını göstərir.
İllərdir ki, İran Trampın birinci müddətində sui-qəsd edilən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generalı Qasım Süleymaninin sui-qəsdinə görə Trampdan qisas alacağını açıq şəkildə vəd edib.
Vaşinqtondakı İsrail səfirliyi şərh verməkdən imtina edib. İranın BMT-dəki missiyası isə bununla bağlı xəbərı şərh etmək istəməyib.
Xatırladaq ki, çərşənbə günü Ankarada Tramp jurnalistlərlə danışarkən həyatına təhdidlər olduğunu işarə edib.
"Onlar ABŞ liderini - məni - aradan qaldırmaq istəyirlər. Bunu bu səhər gördüm - mən hər siyahıdayam. İndiyə qədər bir az şanslıyam, amma bu, uzun sürməyə bilər", - deyə prezident bildirib.
İranın öldürülmüş ali lideri Əli Xameneinin dəfn mərasimində Trampın ölümünə çağıran şüarlar səsləndirilib və üzərində "Biz Trampı öldürəcəyik" yazılı banner səsləndirilib.
Əziz MUSTAFA




















































































