İsrail işğal etdiyi bəzi əraziləri yaxın günlərdə Livana qaytaracaq

İsrail işğal etdiyi bəzi əraziləri yaxın günlərdə Livana qaytaracaq

12:19
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail hakimiyyəti yaxın günlərdə İsrail qüvvələri tərəfindən işğal edilmiş bəzi Livan ərazilərinin nəzarətini Beyruta qaytarmağa hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə CNN-nin adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə istinadən yaydığı məlumatda deyilir.
Hazırda İsrail tərəfindən işğal edilən ilk "pilot zonası" "bir neçə gün ərzində" Livanın nəzarətinə qaytarılacaq. CNN Amerika rəsmisindən sitat gətirib: "Xəritələrdə əlavə pilot zonaları müəyyən edilib. CENTCOM (ABŞ Mərkəzi Komandanlığı ) irəliləyiş əldə etmək üçün hər iki ölkə ilə işləyir."

ABŞ administrasiyasının rəsmisi əlavə edib ki, ABŞ "Livan hökumətinə bu zonalarda və ölkə daxilində suverenliyi effektiv şəkildə bərpa etməyə kömək etmək üçün tezliklə beynəlxalq tərəfdaşlarla əlaqə qurmağa başlayacaq".

Qeyd olunur ki, gələn həftə Romada tərəflərin nümayəndələri arasında bu məsələ ilə bağlı qapalı danışıqlar keçiriləcək.

Əziz MUSTAFA