Ukrayna müdafiə sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayıb

Ukrayna müdafiə sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayıb

11:59
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müdafiə sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başladığını bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Zelenski iyulun 9-da jurnalistlərin sualını cavablandırarkən onlayn brifinqdə məlumat verib.

Dövlət başçısı əməkdaşlığın konkret nədən ibarət olduğunu açıqlamasa da, işin artıq başladığını təsdiqləyib.

"Mən Azərbaycana və Türkiyəyə təşəkkür etmək istərdim, biz həqiqətən də bu istiqamətdə işləməyə başlamışıq. İcazənizlə, təfərrüatlara varmayaq, lakin biz kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə təşəkkür edirəm", - deyə Zelenski bildirib.

Zelenski iyulun 7-də Ankarada NATO-nun Müdafiə Sənayesi Forumunda çıxışı zamanı tərəfdaşlara təkcə pilotsuz uçuş aparatlarının (PUA) alınmasını deyil, həm də onların birgə istehsalını nəzərdə tutan "Drone Deal" təşəbbüsünü təqdim etdiyini bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsə Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Fars körfəzi ölkələri qoşulub.

Almaz Həsənli