ABŞ Konqresi Türkiyənin KAAN qırıcı təyyarəsi üçün F110 mühərriklərinin tədarükü ilə bağlı müqavilənin nəzərdən keçirilməsini başa çatdırıb
ABŞ Konqresi Türkiyənin milli döyüş təyyarəsi KAAN üçün nəzərdə tutulan "General Electric F110-GE-129" mühərriklərinin ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan 15 günlük baxış müddətini başa çatdırıb. Bu müddət ərzində sövdələşmənin qarşısını almaq üçün birgə qətnamə qəbul edilməyib. Oxuməni.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb.
ABŞ Dövlət Departamenti iyunun 24-də planlaşdırılan satış barədə Konqresə rəsmi məlumat verib. Dəyəri 700 milyon dollardan çox olan paketə KAAN-ın ilk seriya təyyarələrində istifadəsi planlaşdırılan onlarla "F110-GE-129" mühərriki daxildir.
Baxış prosesi zamanı bir sıra amerikalı qanunverici Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasını əsas gətirərək sövdələşməyə qarşı çıxıb. Xüsusilə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli demokrat üzvü Qreqori Miks bildirib ki, ABŞ administrasiyası satışla bağlı məsələlərdə Konqresə kifayət qədər məlumat təqdim etməyib.
Bəzi konqresmenlərin etirazlarına baxmayaraq, Nümayəndələr Palatası və Senat ixracı bloklamaq üçün tələb olunan birgə qətnaməni qəbul etməyib. Beləliklə, sövdələşmənin təsdiqi prosedurunun əsas hüquqi mərhələsi keçilib.
"F110-GE-129" mühərriklərinin yerli turbofan mühərrikinin hazırlanması başa çatana qədər Türkiyənin beşinci nəsil KAAN qırıcılarının ilk partiyalarında istifadə olunacağı gözlənilir.
Daha əvvəl vəziyyəti şərh edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, mühərrik tədarükü məsələsini ABŞ Prezidenti Donald Trampla müzakirə edib və müsbət siqnal alıb. Türkiyə liderinin sözlərinə görə, Ankara prosesin əlavə maneələr olmadan başa çatacağına ümid edir.
Almaz Həsənli












































.jpg)


.jpg)
.jpg)


















.jpg)
.jpg)

.jpg)


.jpg)







