Rusiya Bankı Əhməd Kadırovun təsviri olan sikkə buraxacaq

Rusiya Bankı Əhməd Kadırovun təsviri olan sikkə buraxacaq

15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Mərkəzi Bankı iyulun 14-də "Çeçenistan Respublikasının birinci prezidenti Əhməd-Hacı Əbdülhəmidoviç Kadırov, anadan olmasının 75 illiyi münasibətilə" adlı 2 rubl nominalında xatirə gümüş sikkəsini dövriyyəyə buraxacaq. Oxuməni.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb. Sikkə "Rusiyanın görkəmli şəxsiyyətləri" seriyasına aiddir.

2 rubl nominalında olan gümüş sikkə (təmiz qiymətli metalın çəkisi — 15,55 qram, ərintinin əyarı — 925) 33,0 mm diametrində dairəvi formaya malikdir. Sikkənin ön və arxa tərəflərində dairə boyunca qabarıq kənar (kant) var.

Sikkənin arxa tərəfində Əhməd Kadırovun portretinin və Qroznı şəhərinin relyef təsvirləri, arxa fonda isə lazer matlaşdırma texnikası ilə işlənmiş Qafqaz dağlarının təsviri yer alıb. Həmçinin dairə boyunca aşağıda "Əhməd-Hacı Əbdülhəmidoviç Kadırov", solda "1951", sağda isə "2004" yazıları həkk olunub.

Sikkənin tirajı 3 min nüsxə təşkil edəcək.

Almaz Həsənli