Ukrayna Fransanın Rafale qırıcı təyyarələrini və SCALP raketləri üçün lisenziyaları alacaq
Fransa Rafale qırıcı təyyarələrini Ukraynaya təhvil verəcək və müasir raketlərin və hava bombalarının istehsalına icazə verəcək. İlk təyyarələrin Ukrayna səmasında 2028-2029-cu illərdə görünməsi gözlənilir.
Bu barədə Oxuməni.az Fransa Prezidenti Emmanuel Makronun "İstəkçilər Koalisiyası"nın iclasından sonra verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Fransa Prezidenti bu qərarların tərəflərin 17 noyabr 2025-ci ildə əldə etdikləri razılaşmaların davamı olduğunu vurğuladı.
"Ötən il noyabrın 17-də imzaladığımız bu niyyətləri hava hücumundan müdafiə, modernləşdirmə və Ukraynanın Rafale hücum təyyarələrini əldə etməsi ilə ilk tədarüklərlə daha da dəqiqləşdirə bildik. İlk təyyarələr 2028-2029-cu illərdə Ukrayna səmasında uçmalıdır", - Makron bildirib.
O əlavə edib ki, paketə əlavə radarlar və raketlərin təchizatı, eləcə də müasir silahların istehsalı üçün lisenziyaların ötürülməsi daxildir.
"Əlavə radarlar, əlavə raketlər və biz həmçinin Aster-30, SCALP və AASM bombaları üçün lisenziyalaşdırma əlavə etdik. Bütün bunlar Ukraynanın imkanlarını və cəbhə xəttindəki mövqeyini gücləndirəcək", - Fransa Prezidenti vurğulayıb.
Əziz Mustafa

















































































