Sevastopolun bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində elektriksiz qalıb
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopolun bir hissəsi elektriksiz qalıb. Oxuməni.az xəbər verir ki, bu barədə Qubernator Mixail Razvojayev 14 iyulda mətbuata rəsmi açıqlamasında bildirib..
"Enerji infrastrukturumuza genişmiqyaslı düşmən hücumu nəticəsində şəhərin bir hissəsi elektriksiz qalıb", - deyə qubernator Max messenger tətbiqində yazıb.
Razvojayev əlavə edib ki, obyektlərdə xüsusi rejim tətbiq edilib. Onun sözlərinə görə, bütün təcili yardım xidmətləri tam hazırlıq vəziyyətindədir.
Qubernator vətəndaşlara telefon batareyalarını qorumağı və elektrik şəbəkələrini həddindən artıq yükləməməyi tövsiyə edib.
Eyni zamanda Razvojayev hava hücumundan müdafiə qüvvələrinin Sevastopol üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin beş pilotsuz təyyarəsini məhv etdiyini söyləyib.
Əziz Mustafa



















































































