Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Kerçdə elektrik enerjisi tamamilə kəsilib
15 iyulda Ukrayna Müdafiə Qüvvələrinin yeni hücumundan sonra Kerç və işğal olunmuş Krımın bir neçə rayonu elektrik enerjisiz qalıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə bu barədə Telegram kanalının məlumatında deyilir.
"Təəssüf ki, düşmənin pilotsuz təyyarəsinin hücumu nəticəsində Kerç tamamilə elektriksiz qalıb. Əhəmiyyətli infrastruktur ehtiyat enerji mənbələrindən istifadə etməklə işləyir. Bütün şəhər xidmətləri təcili bərpa işləri üçün səfərbər edilib", - deyə Kremlin şəhərə təyin etdiyi İvan Koşel bildirib.
"Krımenergo" əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin enerji təchizatı obyektlərinə dron hücumları nəticəsində yarımadanın Şimal-Qərb və Şərq elektrik rayonlarında bəzi yaşayış məntəqələri elektriksiz qalıb.
15 iyul səhəri etibarilə Krım boyunca elektrik təchizatı məhdudiyyətləri qüvvədədir.
"Elektrik rayonlarındakı vəziyyətdən asılı olaraq elektrik kəsintiləri dərhal baş verəcək. Hazırkı şəraitdə bərpa vaxtı barədə ictimaiyyəti məlumatlandırmaq mümkün deyil", - deyə Krımenergo əlavə edib.
Krım Respublikasının "Krım suyu" Dövlət Unitar Müəssisəsi Krymenergo şəbəkəsindəki nasazlığın işğal olunmuş yarımadanın doqquz rayonunda su təzyiqini azaltdığını rəsmi olaraq təsdiqləyib.
Əziz MUSTAFA
.jpg)











.jpg)






































































