Yunanıstan Rusiyaya qarşı AB-nin 21-ci sanksiya paketini qəbul etməsinə mane olub
Yunanıstan, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qadağa qoyulmasını əhatə etdiyi üçün Avropa Birliyinin 21-ci sanksiya paketini qəbul etməsinə mane oldu.
Oxuməni.az-ın yaydığı məlumata görə, məsələ ilə bağlı The Financial Times (FT) Afinanın təşəbbüsə niyə qarşı çıxdığınıa aydınlıq gətirib.
Qəzetin mənbələrinə görə, Yunanıstan bununla da yunan maqnatı Corc Prokopyunun sahibi olduğu Dynagas gəmiçilik şirkətinin maraqlarını qorumağa çalışır. Ölkənin AB-dəki daimi nümayəndəsi avropalı həmkarlarına yeni sanksiyaların sadəcə Dynagası "məhv edəcəyini" bildirib.
Şirkət, Yamal LNG zavodunun yaxınlığındakı buzlu Arktika sularında işləmək üçün təhlükəsizlik tələblərinə cavab verən Arc7 tankerləri də daxil olmaqla 27 qaz daşıyıcısını idarə edir.
Prokopiunun Yunanıstanın Dynacom, Dynagas Holding və Sea Traders gəmiçilik şirkətlərinə sahib olduğu və həmçinin Dynagas LNG Partners-də 43 faiz paya sahib olduğu bildirilir. Forbes milyarderin ailə sərvətini 4,7 milyard dollar qiymətləndirir.
FT digər Avropa diplomatlarından öyrənib ki, digər ölkələr Rusiyaya qarşı sanksiyaların lehinə öz mənfəətlərini satıblar. Təklif olunan məhdudiyyətlərə Rusiya neftinin "qiymət tavanını" aşağı salmaq mexanizmi daxildir ki, bu həddən yuxarı şirkətlər ikinci dərəcəli sanksiyalara məruz qalmadan neft ala və nəql edə bilməzlər.
Əziz MUSTAFA






.jpg)








.jpg)
.jpg)


































































