Ukrayna Silahlı Qüvvələrinin dron hücumu səbəbindən Yaroslavl şəhərindən çıxış bağlanıb

Ukrayna Silahlı Qüvvələrinin dron hücumu səbəbindən Yaroslavl şəhərindən çıxış bağlanıb

10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Yaroslavldan Moskvaya gedən çıxışda nəqliyyatın hərəkəti 16 iyul səhəri bağlanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev kanalında bildirib. O qeyd edib ki, bu tədbir bölgəyə pilotsuz uçuş aparatları (PUA) hücum etdikdən sonra təhlükəsizliyi təmin etmək üçün görülür. Moskovski prospekti ilə Yuqo-Zapadnaya dairəvi yolunun kəsişməsindən nəqliyyatın hərəkəti bağlanıb.

Yevrayev bütün sakinlərdən və qonaqlardan həmin istiqamətdə və ətraf ərazilərdə hərəkət etməkdən çəkinmələrini və ya həmin hissəni keçərək marşrut seçmələrini istəyib.

Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının bölmələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) dronlarının hücumunu dəf etməyə davam edir.

Əziz MUSTAFA