Rusiya Baltikyanı ölkələrə qarşı təxribatlar hazırlayır - Latviya Prezidenti
Latviya Prezidenti Edqars Rinkeviçsdə Rusiyanın Baltikyanı ölkələrə qarşı təxribatlar hazırlaya biləcəyini göstərən kəşfiyyat məlumatları var.
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Litvanın LRT telekanalı xəbər verib.
Vilnüsə səfəri zamanı Rinkeviçs bildirib ki, Latviya, Litva və digər NATO müttəfiqlərindən gələn kəşfiyyat məlumatları Rusiyanın hibrid əməliyyatlar vasitəsilə regional təhlükəsizliyi pozmağa çalışdığını göstərir.
O, Rusiyanın ordusu Ukraynada uğur qazana bilmədiyi üçün Baltikyanı ölkələrə qarşı təxribatları gücləndirə biləcəyini vurğulayıb. Latviya lideri Moskvanın NATO-nun qətiyyətini təxribat və hibrid hücumlarla sınamağa cəhd edə biləcəyini irəli sürür.
Rinkeviçs vurğulayıb ki, "Ukraynadakı müharibənin elə bir mərhələsinə son dərəcə hazır olmalıyıq ki, Rusiyanın artıq qələbə qazana və döyüş meydanında irəliləyə bilməyəcəyi bir mərhələ olsun".
Əziz MUSTAFA































.jpg)

.jpg)


.jpg)














































