Rusiya bu səhər Odessaya yenidən zərbələr endirib, dağıntılar var

Rusiya bu səhər Odessaya yenidən zərbələr endirib, dağıntılar var

11:05
Bəyəndim (1) Bəyənmədim (0)


Bu səhər Rusiya qoşunları Odessaya hücum edərək təhsil müəssisəsinə ziyan vurub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın açıqlamasında deyilir..

"Düşmən səhər tezdən Odessaya hücum edir. Təhsil müəssisəsinə ziyan dəyib. Təfərrüatları araşdırırıq", - deyə o bildirib.

Lısak həmçinin qeyd edib ki, şəhər dünənki hücumda həlak olan üç nəfər üçün matəm günü elan edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiya qüvvələri Odessadakı mülki infrastruktur obyektlərinə raket zərbələri endirib, nəticədə üç nəfər ölüb, daha üç nəfər yaralanıb.

Xatırladaq ki, Rusiya ardıcıl beşinci gündür ki, Odessa bölgəsinə kütləvi hücumlar edir.

Əziz MUSTAFA