WSJ: Tramp İranda ABŞ hərbi əməliyyatlarını genişləndirməyi nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyanın yüksək vəzifəli şəxsləri və hərbi rəhbərliyin iştirakı ilə keçirilən bir sıra qapalı brifinqlərdən sonra İranda ABŞ hərbi əməliyyatlarını genişləndirməyə meyllidir. Oxuməni. az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən variantlar arasında hava zərbələrinin gücləndirilməsi, Hörmüz boğazı yaxınlığındakı İran adalarını ələ keçirmək üçün quru qoşunlarının göndərilməsi, ABŞ-ın məlumatına görə gizli nüvə işləri üçün istifadə oluna biləcək möhkəmləndirilmiş obyektin bombalanması, həmçinin enerji infrastrukturu da daxil olmaqla əlavə hədəflərə zərbələr endirilməsi var.
Mənbələr bildiriblər ki, iyulun 14-ü axşam saatlarında Tramp Ağ Evin Situasiya otağında müşavirə keçirib. Görüş zamanı Xarq adasının və Hörmüz boğazı boyunca digər ərazilərin mümkün ələ keçirilməsi, həmçinin ABŞ tərəfinin məlumatına görə İranın nüvə proqramı ilə əlaqəli olan Pikaqs dağındakı tunel kompleksinə zərbə endirilməsi müzakirə olunub. ABŞ əvvəllər bu obyektə zərbə endirməyib.
Almaz Həsənli










.jpg)











.jpg)
.jpg)




























































