Mixail Fedorov Ukraynanın müdafiə naziri vəzifəsindən gedir
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsindən ayrıldığını bəyan edib və gördüyü işlərin yekunlarını təqdim edib. Oxuməni. az xəbər verir ki, o, bu barədə çərşənbə günü öz "Telegram" kanalında yazıb.
Ukrayna mediasının məlumatına görə, Volodimir Zelenskinin bu qərarı Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında fikir ayrılıqları fonunda qəbul edilib və Ukrayna cəmiyyətində tənqidlərə səbəb olub.
Fedorov nazirliyin fəaliyyəti ilə bağlı yekun hesabatı dərc edib və komandasına, hərbçilərə və tərəfdaşlara təşəkkürünü bildirib. Eks-nazir qeyd edib ki, "Ukrayna xalqına xidmət etmək onun üçün böyük şərəf olub". O, nailiyyətləri sırasında rus hərbçilərinin "Starlink" sistemindən məhrum edilməsini qeyd edib. Həmçinin, dronların alınmasının genişləndirilməsi, Pilotsuz Sistemlər Qüvvələri üçün yeni proqramların işə salınması, "Patriot" raketləri üçün müqavilələrin bağlanması, "Gripen" təyyarələrinin alınması, Ukraynanın ballistik proqramının inkişafı və on milyardlarla dollar məbləğində beynəlxalq hərbi dəstəyin cəlb edilməsini də uğurları sırasına daxil edib. Bundan əlavə, nazir Ukraynanın ballistik raketinin uğurla sınaqdan keçirildiyini bəyan edib.
Bununla yanaşı, o, Müdafiə Nazirliyinin NATO standartlarına uyğun transformasiyasını başa çatdırmağın, bütün satınalmaları tenderlərə keçirməyin və qəbul edilmiş qərarlara görə məsuliyyət mədəniyyətini formalaşdırmağın hələ mümkün olmadığını qeyd edib.
Mixail Fedorov Ukrayna Müdafiə Nazirliyinə 14 yanvar 2026-cı ildə rəhbərlik etməyə başlayıb.
Yeni müdafiə nazirinin hazırkı daxili işlər naziri İqor Klimenko olacağı gözlənilir.
Klimenko 2019-2023-cü illərdə Ukrayna Milli Polisinə rəhbərlik edib, Denis Monastırskinin ölümündən sonra isə daxili işlər naziri təyin olunub. Ali Radanın onun namizədliyini dəstəkləyəcəyi ehtimal olunur.
Almaz Həsənli

























.jpg)
.jpg)


.jpg)






















































